Rusiya xarici işçi qüvvəsində maraqlıdır, lakin onlar qanundan çıxmayan vətəndaşlar olmalıdırlar.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Tacikistanda keçirildiyi mətbuat konfransında bəyan edib.
O, həmçinin əlavə edib ki, miqrantlar ölkəyə lazım olmalıdırlar.
"Biz bunun bizə lazımlı işçi qüvvəsi olmasında, insanların özlərinin də orada layiqli şəraitdə yaşamalarında və qanunlarımıza, qaydalarımıza riayət etmələrində maraqlıyıq", - prezident vurğulayıb.
"Yeri gəlmişkən, bu, hər şeydən əvvəl dillə də bağlıdır", - Putin əlavə edib.