Nyu Yorkdakı yüksək vəzifəli şəxslər və tanınmış ictimai xadimlər son həftələrdə gizli görüşlər keçirərək Prezident Donald Trampın şəhərə Milli Qvardiya və ya digər federal qüvvələri göndərmək ehtimalını müzakirə ediblər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.
“Müzakirələr Zöhran Məmdaninin Nyu York meri seçilməsindən sonra baş verib. Bir neçə yüksək vəzifəli mənbənin sözlərinə görə, şəhər rəhbərliyi Tramp administrasiyasının bu seçkinin nəticəsinə cavab olaraq fövqəladə addımlar ata biləcəyindən ehtiyat edir”, - nəşr yazıb.
Qeyd edək ki, noyabrın 5-də Məmdani seçkilərdə qalib gələrək Nyu York şəhərinin meri olub. Məmdani bu vəzifəni tutan ilk müsəlmandır./Axar.az
Bakı 



