Almaniya kansleri Fridrix Merz ABŞ prezidenti Donald Trampa Almaniyaya səfər etmək üçün göndərdiyi dəvətin qüvvədə qaldığını bildirərək, Trampın səfəri 2026-cı ildə etmək istədiyini qeyd edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Merz mətbuat konfransında deyib.
O qeyd edib: "Dəvət, əlbəttə ki, hələ də qüvvədədir. Tramp gələn il səfər etmək istədiyini söylədi".
Almaniya kansleri konkret tarixin hələ müəyyən edilmədiyinə aydınlıq gətirib.
"Tramp Berlinə səfəri üçün tarix təyin etməyib. Lakin dəvət artıq göndərilib və o, bunu böyük həvəslə qəbul edib", - Almaniya kansleri bildirib.
Aynur Babazadə
Bakı 



