• Bakı 10° C

    8.76 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

“Marinera”dakı heyət üzvlərinin milliyəti AÇIQLANDI - 20 nəfər Ukrayna...

DÜNYA

08 Yanvar 2026 | 13:44

“Marinera”dakı heyət üzvlərinin milliyəti AÇIQLANDI - 20 nəfər Ukrayna...

ABŞ hərbçiləri tərəfindən saxlanılan “Marinera” tankerinin göyərtəsində 28 nəfər heyət üzvü olub. 

Bakıvaxtı.az xəbər verir ki, sözügedən şəxslər Rusiya, Ukrayna və Gürcüstan vətəndaşlarıdır. 

Belə ki, ekipaj üzvlərindən 20 nəfərin Ukrayna, kapitan da daxil olmaqla, 6 nəfərin Gürcüstan, daha 2 nəfərin isə Rusiya vətəndaşı olduğu müəyyən edilib. 

Xatırladaq ki, ötən gün federal məhkəmənin qərarı ilə Rusiya bayrağı altında üzən tanker ABŞ hərbçiləri tərəfindən ələ keçirilib. Ağ Evin mətbuat katibi Kerolayn Levitt keçirdiyi brifinqdə gəminin heç bir ölkənin rəsmi qeydiyyatında olmadığını və “saxta bayraq” altında hərəkət etdiyini bildirib. O, gəmi heyətinin də məsuliyyətə cəlb olunacağını vurğulayıb./Qafqazinfo


SON XƏBƏRLƏR

08 Yanvar 2026