• Bakı C

    7.49 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

DÜNYA

07 Fevral 2026 | 00:47

Uzunluğuna görə “Ginnesin Rekordlar Kitabı”na düşdü

İndoneziyanın Sulavesi adasında tapılan dişi torlu piton “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Bakıvaxtı.az xəbər verir ki, sürünən rəsmi olaraq ən böyük vəhşi ilan üzrə dünya rekordçusu kimi tanınıb.

İbu Baron (baronessa) ləqəbli nəhəng sürünən 7,22 metr uzunluğundadır. Pitonun çəkisi yetkin nəhəng panda ilə müqayisə oluna bilən 96,5 kiloqramdır.

İlanı yerli sakinlərdən alan Budi Purvanto adlı sürünən həvəskarı tapıb.

Qeyd edək ki, İndoneziyada iri pitonlar mal-qara və insanlar üçün yaratdığı təhlükə səbəbindən tez-tez öldürülür və onlar da brakonyerlərin qurbanı olurlar.


SON XƏBƏRLƏR

06 Fevral 2026