• Bakı 10° C

    8.76 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Türk ordusundan uğurlu əməliyyat - Tunellər məhv edildi

DÜNYA

08 Yanvar 2026 | 13:48

Türk ordusundan uğurlu əməliyyat - Tunellər məhv edildi

Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Suriyada antiterror əməliyyatlarının Suriya Ordusu tərəfindən aparıldığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, nazirliyin açıqlamasında ictimai asayişin Suriya hökuməti tərəfindən təmin edildiyi bildirilib.

“Terror təşkilatının mülki əhalini və təhlükəsizlik qüvvələrini hədəf alması nəticəsində 4 nəfərin həlak olması, 18 nəfərin isə yaralanması fonunda Suriya hökuməti ictimai asayişi və vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Hələbdə terrorla mübarizə əməliyyatına başlayıb. Bu əməliyyat tam şəkildə Suriya Ordusu tərəfindən həyata keçirilir”, – açıqlamada qeyd edilib.

Açıqlamada o da bildirilib ki, yanvar ayında Türkiyə ordusu Suriyada terrorçulara məxsus 743 kilometr uzunluğunda tuneli məhv edib: “Məhv edilən tunellərin ümumi uzunluğu Mənbicdə sıradan çıxarılan 2 kilometrlik tunel də daxil olmaqla 743 kilometrə çatıb. Beləliklə, Tel Rıfatda aşkar edilən tunellərin hamısı, Mənbicdə isə 91 faizi məhv edilib”./APA 
 


SON XƏBƏRLƏR

08 Yanvar 2026