Avropa Komissiyası hesab edir ki, Ukraynada prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı Ukrayna xalqı verməlidir.
Bakıvaxtı.az xəbər verir ki, bu fikri Avropa Komissiyasının sözçüsü Anita Hipper Brüsseldə keçirdiyi brifinqdə Donald Trampın Ukraynada prezident seçkilərinin vaxtının yetişməsi ilə bağlı bəyanatına cavab verərkən deyib.
Hipper əlavə edib ki, Avropa Komissiyası Zelenskini seçilmiş prezident hesab etməkdə davam edir.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp "Politico" nəşrinə müsahibəsində demişdi: "Mən hesab edirəm ki, indi Ukraynada seçki keçirmək üçün doğru zamandır. Onlar seçkilərdən yayınmaq üçün müharibədən istifadə edirlər, lakin mən hesab edirəm ki, Ukrayna xalqının seçimi olmalıdır".
Zeynəb Rzayeva
Bakı 



