Vladimir Putin və Donald Tramp arasında Alyaskada keçirilən sammitin momentumu hələ də canlıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Trampın Ukrayna böhranının sülh yolu ilə həlli istiqamətində siyasi iradəsini qoruyacağına ümid etdiyini bildirib.
O, hazırda İstanbul sülh prosesində fasilənin olduğunu və Kiyev administrasiyasının təkliflərə cavab vermədiyini qeyd edib.
Peskov Avropa ölkələrinin Kiyevə təsir etməsinə baxmayaraq, vəziyyətin yaxşılaşmadığını vurğulayıb.
Əli Hüseynov