• Bakı 17° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.0938

Vəkillik müstəqil hüquq fəaliyyəti hesab ediləcək

SİYASƏT

10 Oktyabr 2025 | 15:48

Vəkillik müstəqil hüquq fəaliyyəti hesab ediləcək

Vəkillik fəaliyyəti müstəqil hüquq fəaliyyəti hesab ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik təklifində öz əksini tapıb.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Dəyişikliyə əsasən, vəkillik fəaliyyəti bu qanuna digər normativ hüquqi aktlara uyğun olaraq yalnız vəkil tərəfindən fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının) hüquqlarının təmin edilməsi və müdafiəsi məqsədilə peşəkarcasına həyata keçirilən müstəqil hüquq fəaliyyəti hesab ediləcək.

Qüvvədə olan qanuna görə isə, Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxs vəkillik fəaliyyətini həyata keçirə bilərdi.

Qanuna təklif edilən daha bir dəyişikliyə əsasən, müvafiq qaydalara uyğunluğu Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə təsdiqlənmiş vəkil qurumu seçilmiş təşkilati-hüquqi forma üzrə dövlət qeydiyyatından keçdikdən sonra fəaliyyətə başlayacaq.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR