Azərbaycan ədəbiyyatsevərləri üçün xüsusi maraq doğuran nadir bir foto ortaya çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, şair Cabir Novruzun uşaqlıq illərinə aid bu fotoda o, orta məktəbdə pioner qalstuku taxmış şəkildə şeir deyərkən görünür.
Foto həm şairin uşaqlıq illərini, həm də o dövr məktəb həyatının atmosferini əks etdirir.
Foto sosial şəbəkələrdə paylaşıldıqdan sonra geniş maraq doğurub və izləyicilər arasında nostalji hissləri oyadıb.
Qeyd edək ki, Cabir Mirzəbəy oğlu Novruzov 12 mart 1933-cü ildə Xızı rayonunun Upa kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı Pedaqoji Texnikomunda və Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb, sonra isə Moskvanın Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.
1958-ci ildən ədəbi fəaliyyətə başlayıb. "Bakı" qəzetində ədəbiyyat işçisi, "Azərbaycan" ədəbi-bədii jurnalının və "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru olub, uzun illər Azərbaycan Yazıçılar İttifaqında çalışıb..
1999-cu ildə Azərbaycan Respublikasının xalq şairi adına layiq görülüb. 2002-ci ildə vəfat edib.
Görüntünü təqdim edirik.
Əli Hüseynov