Xocalı rayonuna yola salınan növbəti köç karvanı Ballıca kəndinə çatıb, açarlar təqdim olunub.
Bakıvaxtı.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, bununla Ballıca kəndinə köçürülən ailələrin sayı 215-ə (965 nəfər) çatıb.
***
14:18
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, açarlar təqdim olunub.
Bakıvaxtı.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, Təzəbinə kəninə köçürülən ailələrin sayı 56-ya (251 nəfər) çatıb.
***
12:17
Xocalı rayonunun Ballıca və Təzəbinə kəndlərinə növbəti köç karvanı yola düşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu mərhələdə Ballıca kəndinə 15 ailə - 53 nəfər, Təzəbinə kəndinə isə 28 ailə - 126 nəfər köçürülür.