BMT Təhlükəsizlik Şurasının Venesuela üzrə iclası oktyabrın 10-da keçiriləcək.
Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasından bildirilib.
İclas Venesuela tərəfindən tələb edilib, tələbi Rusiya və Çin tərəfindən dəstəklənib.
Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez qeyd edib ki, ölkə ABŞ-nin hərbi təhdidinə və ABŞ hərbi dəniz qüvvələrinin Karib dənizində yerləşdirilməsinə qarşı durmağa hazırdır.
Gülşən Şərif