Moskva Avropa Birliyinin vizalarla bağlı cəhdlərinə uymayacaq və öz milli maraqlarına zərər vuracaq qərarlar qəbul etməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Rusiyanın XİN sözçüsü Mariya Zaxarova Rusiya vətəndaşlarına Şengen vizaları ilə bağlı qoyulan qadağaya münasibət bildirərkən deyib.
“Onların (AB-nin) qəbul etdiyi bir çox qərarlar bizi müəyyən cavab tədbirlərinə, bəlkə də güzgü xarakterli addımlara sövq etmək məqsədi daşıyır. Belə addımlar nəticədə bizə, öz ölkəmizə də zərər vura bilər. Onlar bunun baş verməsini qətiyyən gözləməsinlər. Buna görə də cavab tədbirləri olacaq. Lakin bu cavablar ilk növbədə bizim milli maraqlarımız nəzərə alınmaqla həyata keçiriləcək”, - deyə Zaxarova bildirib.
Rəsmi əlavə edib ki, Qərb ölkələrinin bir çox qərarları əvvəlcə Rusiya millətinin reaksiyasını ölçmək üçün sınaq kimi elan edilir./Axar.az
Bakı 



