Rusiyadan ilk yük qatarı Tehran yaxınlığındakı quru limanına çatıb.
Bakıvaxtı.az yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Rusiyanın İrandakı ticarət nümayəndəliyi məlumat yayıb.
"Rusiyadan ilk qatar İranın Aprin quru limanına gəlib. Bu göndəriş "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə logistika xidmətlərinin inkişafında mühüm mərhələdir. Sulfat sellülozu ilə dolu 62 konteynerdən ibarət qatar quru limanına çatıb. Tranzit müddəti 13 gün təşkil edib", - məlumatda qeyd olunub.
Ticarət nümayəndəliyinin bildirdiyinə görə, Aprin İranın "Şərq-Qərb" və "Şimal-Cənub" dəmir yolu dəhlizlərinin kəsişməsində yerləşən müasir multimodal logistik habdır.
Bakı 



