Ölkənin ilk rəqəmsal bankı "Birbank" müştərilərinə innovativ maliyyə həlləri təqdim etməyə davam edir. İqtisadiyyat Nazitrliyi yanında Dövlət Vergi Xidməti ilə birgə həyata keçirilən sosial əməkdaşlıq nəticəsində "Birbank"lılar üçün ƏDV-ni geri almaq indi daha rahat oldu.
Belə ki, artıq "Kapital Bank/Birbank" və "PAŞA Bank" ASC-yə məxsus pos terminallarla edilən ödənişlərdə ƏDV-ni geri almaq üçün QR kodu oxutmaq, qəbzləri skan etmək dövrü tarixə qovuşur. "Birbank" kartı ilə qeyd edilən pos terminallarda ödəniş zamanı qəbz avtomatik olaraq "Birbank"ın "Son əlavə olunan çeklər" bölməsinə əlavə edilir və ƏDV növbəti 30 gün ərzində balansa yüklənir. Prosesə qoşulmaq üçün "Birbank" mobil tətbiqində "ƏDV geri al" bölməsində "Çekləri avtomatik əlavə et" düyməsini aktivləşdirmək yetərlidir.
İlk olaraq yalnız "Birbank" kartlarında aktiv olan bu yenilik mağaza, restoran, apteklər də daxil olmaqla ölkədə fəaliyyət göstərən bir çox ictimai iaşə obyektlərində keçərlidir. Yaxın zamanlarda layihənin bütün alış-veriş və xidmət nöqtələrini əhatə etməsi planlaşdırılır.
Ətraflı məlumat üçün: https://birbank.az/edvavtoskan
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən "Kapital Bank"ın əmtəə nişanı olan "Birbank", 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin I bankı "Kapital Bank" adı altında müştərilərinə xidmət göstərib və "PAŞA Holdinq" MMC-yə daxildir. "Kapital Bank" isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Bakı 




