• Bakı C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.9777

    RUB - 2.1527

Məleykə Abbaszadənin istefası tələb olunur

CƏMİYYƏT

12 Mart 2026 | 10:57

Məleykə Abbaszadənin istefası tələb olunur

Son günlər sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə ilə bağlı narazılıqlar artmaqdadır. Bir qrup şagird və abituriyent keçirilən imtahanların çətin olduğunu iddia edərək onun istefasını tələb edən paylaşımlar edir.

Bakıvaxtı.az xəbər verir ki, abituriyentlər xüsusilə son imtahanlarda təqdim olunan bəzi sualların həddindən artıq mürəkkəb olduğunu bildirirlər. Onların sözlərinə görə, sualların bir hissəsi proqramdan kənar olub və bu da imtahan iştirakçıları arasında ciddi narazılıq yaradıb.

Sosial mediada yayılan paylaşımlarda bəzi istifadəçilər imtahan sistemində dəyişikliklərin aparılmasının vacibliyini vurğulayır, digərləri isə Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin yenidən qiymətləndirilməli olduğunu qeyd edirlər.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi ölkədə ali təhsil müəssisələrinə qəbul imtahanlarının təşkili ilə məşğul olan əsas qurumdur və mərkəzə uzun illərdir Məleykə Abbaszadə rəhbərlik edir.

Hazırda məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzi tərəfindən rəsmi açıqlama verilməyib. Sosial mediada isə müzakirələr davam edir. /nocomment


SON XƏBƏRLƏR

11 Mart 2026