• Bakı 23° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq

CƏMİYYƏT

11 Aprel 2026 | 10:27 | Müəllif: Subhan Mahmudov

Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq

Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu gecə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsinə verilən sifariş əsasında 110/10 kV-luq "Koroğlu" yarımstansiyası təmirə çıxarılacaq. Bununla əlaqədar olaraq, həmin yarımstansiyadan qidalanan ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Nəticədə şəhərin Bahadur Abbasov, İdris Məmmədov, Sabir, Yunis Məmmədov, Qoçüstü, Çənlibel və Yeni Naxçıvan yaşayış massivlərində, eləcə də şəhərin 6, 9, 10 və 11-ci məhəllələrində saat 02:00-dan 05:00-dək elektrik enerjisinin verilməsində fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR