Ermənistanın müstəqilliyi və dövlətçiliyi möhkəm əsaslar üzərində qurulub və “formalaşdırdığımız Ermənistanı” fundamental olaraq qorumaq vacibdir.
Bakıvaxtı.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, qeyd edib ki, Ermənistan hazırda sülhə və regional əməkdaşlığa doğru addımlar atır, lakin təhlükəsizlik şəraiti tam təmin olunana qədər dövlətçiliyin müdafiəsi prioritet olaraq qalır.
Paşinyan həmçinin beynəlxalq əməkdaşlıq və daxili islahatların ölkənin müdafiə potensialını gücləndirdiyini və daha dayanıqlı etdiyini vurğulayıb.
Baş nazir deyib ki, Ermənistanın dövlətçiliyi və sərhədləri heç bir qüvvəyə təhvil verilə bilməz və onun qorunması üçün bütün zəruri tədbirlər görüləcək.
Əli Hüseynov
Bakı 




