• Bakı 16° C

    5.08 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Hakan Fidan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

SİYASƏT

08 Noyabr 2025 | 15:37

Hakan Fidan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib

“Qardaş Azərbaycanın 8 Noyabr - Zəfər Gününü ən səmimi duyğularımla təbrik edirəm”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidanın paylaşımdan deyilir.

    XİN rəhbəri bildirib ki, Qarabağın öz torpaqlarına qovuşmasını təmin edən həmin tarixi mübarizənin qəhrəmanlarını ehtiramla anır, Vətən uğrunda canını fəda edən bütün şəhidlərimizi rəhmətlə, qazilərimizi isə minnətlə yad edir: “Qarabağ Azərbaycandır! Bu həqiqət həm xalqların yaddaşında, həm də bölgənin gələcəyində əbədi yaşayacaq.

    Bu gün cənab Prezidentimizlə birlikdə Bakıda olmaqdan, qardaşlığımızı bir daha dərindən hiss etməkdən və Azərbaycan xalqının qüruruna şərik olmaqdan böyük şərəf duyuruq”.


    SON XƏBƏRLƏR