Milli Məclisdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfrans keçirilir.
Bakıvaxtı.az-ın məlumatına görə, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən konfransda elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti akademik İsa Həbibbəyli, AMEA Dilçilik İnstitunun direktoru professor Nadir Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Rzayev, Audivizual Şuranın sədri İsmət Səttarov, eləcə də deputatlar, həmçinin dilçilik sahəsi üzrə ailmlər, ictimai xadimlər iştirak edirlər.
Konfransda Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında Azərbaycan dili, terminologiya və toponimiya ilə əlaqədar irəli sürdüyü tələblər və vəzifələrə dair müzakirələrin edilməsi nəzərdə tutulur.
Əli Hüseynov
***
10:40
Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfrans keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, konfransda elm və təhsil naziri Emin Əmrullayev, AMEA-nın Prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev, Audiovizual Şuranın sədri İsmət Səttarov, deputatlar və digər rəsmilər iştirak edir.
Bakı 



