• Bakı C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.9857

    RUB - 2.1172

Bakı və Kiyev regionlararası əlaqələri intensivləşdirmək niyyətindədir

SİYASƏT

07 Yanvar 2026 | 13:06

Bakı və Kiyev regionlararası əlaqələri intensivləşdirmək niyyətindədir

Azərbaycan və Ukrayna regionlararası əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"2026-cı ilin ilk regional səfəri: Azərbaycanın Qax rayonunun icra başçısı Elvin Paşayevlə məhsuldar görüş. Görüşün məqsədi Çernomorsk və Qax arasında əlaqələrin bərpası və Ukrayna ilə Azərbaycan arasında regionlararası əməkdaşlığın genişləndirilməsidir", - diplomat yazıb.


SON XƏBƏRLƏR