• Bakı 7° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

SİYASƏT

05 Fevral 2026 | 19:49 | Müəllif: Subhan Mahmudov

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Vaşinqtonda çıxışı zamanı bildirib.

ABŞ lideri bir sıra münaqişələrin tənzimlənməsindəki rolunu yenidən xatırladıb. "Mən Kamboca-Tailand, Kosovo-Serbiya, Pakistan-Hindistan, İsrail-İran, Ermənistan-Azərbaycan şiddətli müharibələrini dayandırmışam", - Tramp deyib.

Tramp Bakı və İrəvan arasında sülh prosesindəki irəliləyişdən danışarkən vurğulayıb: "Həqiqətən, iki yaxşı lider. Onların bildiyi tək şey mübarizə idi. Uzun illər mübarizə aparıblar. Amma biz hər şeyi olduqca tez həll etdik", - o bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR