• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

4 Pakistan vətəndaşı Azərbaycana təxliyə edilib - YENİLƏNİB 

SİYASƏT

07 Mart 2026 | 16:10 | Müəllif: Əli Hüseynov

4 Pakistan vətəndaşı Azərbaycana təxliyə edilib - YENİLƏNİB

Pakistanın daha 4 vətəndaşı Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə İrandan Azərbaycana təxliyə edilib.

Bakıvaxtı.az xəbər verir ki, təxliyə edilənlərdən 1-i diplomatdır.

Qeyd edək ki, ümumilikdə 123 Pakistan vətəndaşı İrandan Azərbaycana təxliyə edilib.

***

14:08

7 mart saat 14:00-dək olan məlumata əsasən, daha 2 Nigeriya vətəndaşı Astara Dövlət Sərhəd Buraxılış Məntəqəsi vasitəsilə təxliyə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bundan əvvəl 5 Nigeriya vətəndaşı İrandan Azərbaycana təxliyə edilib.

***

11:57

7 mart saat 12:00-dək daha 29 Çin vətəndaşı Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsi vasitəsilə təxliyə edilib.

Bakıvaxtı.az xəbər verir ki, təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 516 Çin vətəndaşı Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026