• Bakı 10° C

    10.27 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.2222

Ceyhun Bayramov: Azərbaycan “3+3” formatlı görüşə ev sahibliyi etməyə hazırdır

SİYASƏT

08 Dekabr 2025 | 13:51

Ceyhun Bayramov: Azərbaycan “3+3” formatlı görüşə ev sahibliyi etməyə hazırdır

“Biz hesab edirik ki, Ermənistanın Azərbaycanın 2024-cü ildə etdiyi təklifi qəbul etməməsi üçün heç bir əsas yoxdur. Bizim təklifimiz qüvvədədir”.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda iranlı həmkarı Abbas Əraqçi ilə birgə mətbuat konfransında deyib.

“3+3” formatının yaradılması təşəbbüsü Azərbaycan Prezidenti tərəfindən irəli sürülüb və bu çərçivədə 3 görüş keçirilib. 2024-cü ilin oktyabrında keçirilən görüş zamanı növbəti görüşün Azərbaycanın ev sahibliyində təşkili təklif edilib. Lakin təəssüf ki, belə bir razılıq əldə olunmadı. Ermənistan tərəfi buna razı olmadı. Hazırda isə fərqli mühit mövcuddur. Artıq başqa kanallar vasitəsilə bu görüşlərin təşkili müzakirə olunur”, - deyə o bildirib.

Nazir qeyd edib ki, Azərbaycan bu görüşə ev sahibliyi etməyə hazırdır.


SON XƏBƏRLƏR