Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Zəfərdən qələmə” adlı pyes müsabiqəsi başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, müsabiqə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Şanlı Qələbənin beşinci ildönümünə həsr olunub və milli dramaturgiya sahəsində yeni bədii əsərlərin yaranmasını təşviq etmək məqsədi daşıyıb.
Təqdim olunan əsərlərdə 2023-cü ildə Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirləri, bu hadisələrin psixoloji və sosial təsirləri, qəhrəmanlıq nümunələri və xalqımızın Zəfəri bədii formada əks etdirilməli idi.
Əsərlər Mədəniyyət Nazirliyinin əmri ilə yaradılmış Komissiya tərəfindən qiymətləndirilib və nəticələr aşağıdakı kimi müəyyən olunub:
I yer – Pərviz Seyidli, “Killigil əfsanəsi” (3000 manat)
II yer – Aytac Məmmədli, “Aslan gözü” (2500 manat)
III yer – Hikmət Orhun, “Kimsəsiz” (1500 manat)
Bakı 



