• Bakı C

    3 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

İmamoğluna 2300 ildən çox həbs cəzası istənilir

DÜNYA

10 Mart 2026 | 05:29

İmamoğluna 2300 ildən çox həbs cəzası istənilir

Türkiyənin İstanbul şəhərinin sabiq bələdiyyə başçısı Ekrem İmamoğlu ilə bağlı korrupsiya işi üzrə məhkəmə prosesi martın 10-da davam etdiriləcək.

Bakıvaxtı.az  "Sözcü"yə istinadən xəbər verir ki, İstanbul məhkəməsində baxılır.

Məlumata görə, təqsirləndirilənlər kürsüsündə İmamoğlu da daxil olmaqla 105 nəfər var və onların hamısı ötən ilin mart ayından həbsdə saxlanılır. İş üzrə 402 nəfər şahid qismində ifadə verir.

İstanbul bələdiyyəsində korrupsiya ilə bağlı ittiham aktı təxminən 4 000 səhifədən ibarətdir. Ekrem İmamoğlu cinayətkar təşkilat yaratmaqda, rüşvət almaqda, cinayət yolu ilə əldə edilmiş gəlirləri yumaqda, dələduzluqda, həmçinin cinayət işləri üzrə sübutların gizlədilməsi və tenderlər zamanı sövdələşmə ilə bağlı bir sıra qanun pozuntularında ittiham olunur.

Ümumilikdə ona 2 352 ilə qədər həbs cəzası verilə bilər./Oxu.az


SON XƏBƏRLƏR

09 Mart 2026