• Bakı 16° C

    5.67 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Azərbaycan–Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının 5-ci iclası keçirilib

MƏDƏNİYYƏT

08 Noyabr 2025 | 17:22

Azərbaycan–Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının 5-ci iclası keçirilib

Noyabrın 7-də İstanbulda Azərbaycan–Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyasının 5-ci iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, toplantıda Azərbaycan tərəfini mədəniyyət nazirinin müavini Fərid Cəfərov təmsil edib.

İclasda iki qardaş ölkə arasında mədəni əlaqələrin dərinləşdirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Tərəflər mədəni irs, kino, teatr, muzey və kitabxana işi, yaradıcı sənayelər, musiqi təhsili və normativ-hüquqi bazanın təkmilləşdirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında mədəni əlaqələr ortaq tarixi və mənəvi dəyərlərə əsaslanır və xalqlarımız arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.

İclasın sonunda Komissiyanın 5-ci iclasının protokolu imzalanıb.


SON XƏBƏRLƏR