q
  • Bakı 14° C

    7.24 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

İrandan daha 39 Hindistan vətəndaşı təxliyə edilib - YENİLƏNİB

    SİYASƏT

    13 Mart 2026 | 17:37

    İrandan daha 39 Hindistan vətəndaşı təxliyə edilib - YENİLƏNİB

    Bu gün saat 16:00-dan 17:30-dək İrandan Azərbaycana 39 Hindistan vətəndaşı təxliyə olunub.

    Bakıvaxtı.az xəbər verir ki, onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə baş tutub.

    ***

    15:51

    “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə prosesi davam etdirilir.

    Bakıvaxtı.az xəbər verir ki, növbəti təxliyə zamanı 3 Azərbaycan və 1 Böyük Britaniya vətəndaşı sərhəd buraxılış məntəqəsindən keçərək ölkə ərazisinə daxil olub.

    Bundan əlavə, Çin Xalq Respublikasının 3, Rusiya Federasiyasının 1 və Hindistanın 7 vətəndaşı da “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan təxliyə olunaraq təhlükəsiz şəkildə Azərbaycan ərazisinə keçib.

    Təxliyə olunan şəxslər sərhəd buraxılış məntəqəsində müvafiq sənəd yoxlanışı və digər prosedurlardan keçdikdən sonra ölkə ərazisinə buraxılıblar. Təxliyə prosesi aidiyyəti qurumların koordinasiyası ilə davam etdirilir.

    ***

    12:29

    İrandan martın 13-ü saat 10:00-12:00 aralığında daha 5 nəfərin Azərbaycana təxliyəsi baş tutub.

    Bakıvaxtı.az xəbər verir ki, təxliyə "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.

    Tacikistan və Çindən hərəsindən 2 və 1 Rusiya vətəndaşının təxliyəsi baş tutub.


    SON XƏBƏRLƏR

    30 Aprel 2026