İran və ABŞ arasında ekspert səviyyəsində keçirilən danışıqlar başa çatıb.
Bakıvaxtı.az İran mediasına istinadən xəbər verir ki, nümayəndə heyətləri müzakirə olunan məsələlər üzrə yazılı protokollar mübadiləsi aparırlar.
***
17:59
İran-ABŞ danışıqları İslamabadda başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
Qeyd edilib ki, Pakistanın vasitəçiliyi ilə baş tutan danışıqlar zamanı müzakirə edilən mövzular arasında Livanda atəşkəsin təmin edilməsinə İsrailin məcbur edilməsi, ABŞ-ın İranın aktivlərinin azad etməsi kimi məsələlər də daxildir.
















