• Bakı C

    1.83 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

İran Qərbə daha çox inanır: Avropa vasitəçilik edə bilərmi?

SİYASƏT

13 Mart 2026 | 15:50

İran Qərbə daha çox inanır: Avropa vasitəçilik edə bilərmi?

“Rəsmi Tehran vasitəçilik imkanlarını rədd etmir”.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

İranlı diplomatın sözlərinə görə, təşəbbüslər balanslı və Tehranın maraqlarını nəzərə alacaq şəkildə həyata keçirilsə, bəzi Avropa ölkələri və Avropa İttifaqı böhranın diplomatik yolla həllində rol oynaya bilər:

“Avropalılar böyük məsuliyyət daşıyırlar, onlar ABŞ və İsrailə xoş görünməyə çalışmamalıdır. Bu ədalətsizliyə qarşı çıxmaq üçün kifayət qədər cəsarətli olmalıdırlar. Bunu etsələr, biz onları vasitəçi rolunda görmək istəyərik”.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Fikrət Sadıqov deyib ki, Avropanın bir sıra dövlətləri həqiqətən İranla müəyyən müstəvidə əlaqələri saxlamağa çalışıblar.

Ekspert bildirib ki, hətta İrana qarşı sanksiyalar tətbiq olunan zaman belə bəzi Avropa ölkələri Tehranla münasibətləri cüzi şəkildə də olsa saxlayırdılar:

“Avropa dövlətləri İranla münasibətləri tam kəsməyin tərəfdarı olmayıblar. Çünki Avropa İttifaqı müxtəlif dövlətlərdən ibarət qurumdur və onların mövqeyi heç də vahid deyil”.

Fikrət Sadıqov: Şübhə etmirəm ki, hansısa Avropa ölkəsi tərəflər arasında vasitəçi kimi iştirak edə bilər

Müsahibimiz qeyd edib ki, Fransa və digər aparıcı ölkələrin neft-qazla bağlı öz maraqları var:

“Onlar başa düşürlər ki, İranla münasibətləri tam kəsmək onların maraqlarına cavab vermir. Həm də İran görür ki, hazırda onlara qarşı vuruşan, bombalayan ölkələr ABŞ və İsraildir. Ona görə də Avropaya ABŞ-dən daha çox güvənir və hesab edirlər ki, Aİ nisbətən yumşaq mövqedən çıxış edir”.

Fikrət Sadıqov bildirib ki, ABŞ və İsraildən gurultulu səslənən açıqlamalar gəlsə də, müharibə hələ davam edir. İran müdafiə olunur, cavab hücumları təşkil edir:

“O baxımdan, kənar vasitəçilərin rolu çox mühümdür. Şübhə etmirəm ki, hansısa Avropa ölkəsi tərəflər arasında vasitəçi kimi iştirak edə bilər”.

Aydın Baxış


SON XƏBƏRLƏR