• Bakı C

    0.49 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Baş nazir Əli Əsədov türkiyəli nazirlə görüşdü

SİYASƏT

13 Mart 2026 | 18:29

Baş nazir Əli Əsədov türkiyəli nazirlə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 13-də Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ilə görüşüb.

Nazirlər Kabinetindən Bakıvaxtı.az-a bildiriblər ki, görüş zamanı 13-cü Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, tədbir çərçivəsində COP-a və iqlim gündəliyinə həsr olunmuş panel müzakirələrinin təşkil edilməsi təqdir edilib.

Azərbaycan ilə Türkiyə arasında ətraf mühitin mühafizəsi, tullantıların idarə edilməsi, iqlim dəyişiklikləri ilə mübarizə sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək 13-cü sessiyasının (WUF13) önəmi qeyd edilib.


SON XƏBƏRLƏR