• Bakı C

    1.83 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

 “Borçalı”nın parçalanmasının arxasında Ramiz Mehdiyevlə Zakir Qaralov dayanırdı - SENSASİON İDDİA

SİYASƏT

13 Mart 2026 | 16:18

 “Borçalı”nın parçalanmasının arxasında Ramiz Mehdiyevlə Zakir Qaralov dayanırdı - SENSASİON İDDİA

“Borçalı” İctimai Birliyinin 2009-cu ildən sonrakı uzunmüddətli dönəminin məsuliyyəti mənim üzərimdə idi. Həmin dövr ərzində dinamika, fəallıq hamının yadındadır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında ictimai-siyasi xadim, "Borçalı" Cəmiyyətinin keçmiş sədri Zəlimxan Məmmədli deyib.

Onun sözlərinə görə, Gürcüstanda yaşayan soydaşlarımızla bağlı hazırlanan layihələr, “Elat bayramı” ilə bağlı keçirilən tədbirlər həmişə diqqət mərkəzində olub:

“O cümlədən, “1+4” təhsil proqramının ideya müəlliflərindən biri mən idim. Gənclərimiz təşkilatlanması, onların ictimai-siyasi proseslərə təşviq edilməsi də nəticələr verdi”.

Dediyinə görə, ancaq  2016-cı ildə “Borçalı” İctimai Cəmiyyətinin yığıncağının təşkil edilməsi və Kərəm Məmmədovun sədr seçilməsi tamamilə qanunsuz olaraq, şəxsimə və Cəmiyyətin aktiv fəaliyyətinə qarşı hazırlanmış bir diversiya idi.

Zəlimxan Məmmədli: “Borçalı” cəmiyyətinin bir neçə yerə parçalanmış halda olmasından olmaması daha yaxşıdır

Zəlimxan Məmmədli vurğulayıb ki, bu, Ramiz Mehdiyevin rəhbərliyi və ozamankı baş prokuror Zakir Qaralovun birbaşa himayəsi ilə anti-konstitusion bir mənimsəmə idi. Bu, tarixdir”.

Müsahibimiz qeyd edib ki, “Borçalı” cəmiyyətinin indiki fəaliyyətini dövrü mətbuatdan, sosial şəbəkədən izləyir:

“Bu cəmiyyətin fəaliyyəti yetərli deyil və diqqət daha çox Gürcüstanda yaşayan soydaşlarımıza yönəlməli, dövlət orqanları, Diaspor Komitəsi, səfirlik o cür gənclərimizi himayə etməli və təşkilatlanma işi sürətli getməlidir. “Borçalı” cəmiyyətinin süni şəkildə bir neçə yerə parçalanmış halda olmasından olmaması daha yaxşıdır. O baxımdan, indiki fəaliyyət məni qətiyyən qane etmir. Çünki cəmiyyətin indiki fəaliyyəti qurumun fəlsəfəsinə yox, üç-beş nəfərin şəxsi maraqlarına hesablanıb. Bu da bizim düşüncəmizə tamamilə ziddir”.

Aydın Baxış


SON XƏBƏRLƏR