• Bakı C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

İstehlaka yararsız 270 ton məhsul məhv edilib

SİYASƏT

13 Mart 2026 | 11:58

İstehlaka yararsız 270 ton məhsul məhv edilib

Azərbaycanda ötən il aparılmış qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti tədbirləri nəticəsində istehlaka yararsız 270 ton 13,5 min sayda qida məhsulu məhv edilib, 1,7 ton qida məhsulu isə utilizasiya olunub.

Bakıvaxtı.az bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.

Sənədə əsasən, il ərzində qida zəncirinin bütün mərhələlərini əhatə edən nəzarət tədbirləri həyata keçirilməklə, 4304 müəssisədə ümumilikdə 4884 yoxlama aparılıb. Həyata keçirilmiş nəzarat tədbirlari nəticəsində insan həyatı və sağlamlığı üçün təhlükə yaradan qanun pozuntuları ilə bağlı 2427 məhdudlaşdırıcı tədbirin tətbiqinə dair qərarlar qəbul edilib.

Eyni zamanda idxal-ixrac əməliyyatları prosesində qəbul edilmiş qərar əsasında 1,5 min ton bitkiçilik məhsulu zərərsizləşdirilib, 209 ton qida, bitkiçilik və heyvan mənşəli məhsul məhv edilib, 286,3 ton qida məhsulunun təyinatı dəyişdirilərək utilizasiya edilib, habelə 60 ton qida , bitkiçilik, heyvan mənşəli məhsul geri qaytarılıb.

2025-ci ildə idxal-ixrac əməliyyatları çərçivəsində bitkiçilik məhsullarının ixracı ilə bağlı 61,3 min fitosanitar sertifikat və 1,8 min təkrar ixrac fitosanitar sertifikatı , heyvan mənşəli məhsulların ixracı üzrə 5,7 min baytarlıq sertifikatı, müxtəlif növ qida məhsullarının ixracı üzrə 1,4 min sağlamlıq sertifikatı, habelə idxal olunan məhsullara dair 92,1 min idxal sağlamlıq aktı verilib.

Hesabat ilində 337 yerli müəssisənin qida təhlükəsizliyi üzrə texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilərək təsdiq edilib, 19,9 min müəssisə qeydiyyata alınıb. Bununla yanaşı, heyvan sağlamlığının təmin edilməsi üçün 510 baytarlıq preparatının, bitki sağlamlığının təmin edilməsi ilə əlaqədar isə 977 pestisid, bioloji preparat və aqrokimyəvi maddələrin dövlət qeydiyyatına alınması təmin edilib.


SON XƏBƏRLƏR