Azad edilən ərazilərdə 90 min hektarlıq milli park yaradılır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin baş məsləhətçisi Murad Şahverdiyev Ekoloji məsələlər üzrə İşçi qrupun Zəngilanda keçirilən iclasında deyib.
O bildirib ki, azad edilən ərazilərdə hidrometeoroloji qurğuların bərpası üçün çaylar üzərində müxtəlif stansiyalar quraşdırılıb:
"Həmçinin azad edilən ərazilərdə mina probleminə görə meşə sahəsinin invertarlaşmasında çətinlik yaranır. Türkiyə təcrübəsindən istifadə edilərək peyk vasitəsi ilə meşə sahəsinin invertarlaşdırılması həyata keçirilir. Azad edilən ərazilərdə yeni xüsusi mühafizə olunan milli parkın yaradılması üçün tədqiqat işləri aparılır. Yeni milli parkın ərazisi 90 min hektardan artıq olacaq, və azad edilən bir neçə rayonu əhatə edəcək, artıq sənədlər hazırlanıb".
Bakı 




