Böyük Britaniyada iki rəfiqə arıqlamaq üçün nəzərdə tutulan iynələrdən istifadə etmədən, hələ 1980-ci illərdə hazırlanmış sadə bir retro-pəhriz sayəsində ümumilikdə 60 kiloqramdan çox çəki atıblar.
Bakıvaxtı.az "Daily Mail"ə istinadən xəbər verir ki, 35 yaşlı Loren Nayt və 34 yaşlı Ebbi Loc uşaqlıqdan artıq çəkidən əziyyət çəkirdilər. Naytın çəkisi 103 kiloqrama, Locun çəkisi isə təxminən 97 kiloqrama çatırdı. Hər iki qadın övladları dünyaya gəldikdən sonra arıqlamaq qərarına gəlib.
Nayt internetdə "The 1:1 Diet" adlı arıqlama proqramı tapıb. Bu proqrama əsasən, birinci mərhələdə adi qidalar kokteyllər, sıyıqlar və şorbalarla əvəz olunur. O, bunu sınamaq qərarına gəlib, yarım il ərzində tələblərə ciddi şəkildə əməl edib və təxminən 38 kiloqram arıqlayıb. Daha sonra Loc da rəfiqəsinin nümunəsini izləyib və dörd ay ərzində təxminən 25 kiloqram çəki atıb.
Hazırda hər iki qadının çəkisi 65 kiloqram civarındadır. Onların sözlərinə görə, artıq pəhriz saxlamırlar və kalori hesalamırlar. Nayt gizlicə şokolad yemək vərdişindən əl çəkib, Loc isə qazlı içkiləri su ilə əvəz edib. "Ən böyük dəyişiklik qidalanmada deyil, düşüncə tərzində baş verdi", — deyə o etiraf edir.
Bakı 




