2026-cı ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında – Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyətinə dair hesabatı təqdim edərkən bildirib.
Əli Əsədov bildirib ki, 2025-ci ildə 69,2 min hektar, 2020-ci ildən bəri isə ümumilikdə 249 min hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib, tapıntıların sayı 237 min ədəd olub.
Məlumata görə, bu, minalarla çirklənmiş ərazilərin təxminən 3-də bir hissəsini təşkil edir.
Əli Hüseynov
Bakı 




