Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin şəhidi Kərəm Mirzəyevin oğlu Cahandar Mirzəyev Vəkillər Kollegiyasına (VK) üzv qəbul olunub.
Bakıvaxtı.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu, VK Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində elan olunub.
Qeyd edək ki, Kərəm Mirzəyev 1960-cı il mayın 20-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. O, 1992-ci ilin 1 oktyabr tarixində Laçın rayonunun Mazutlu kəndi uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə yüksəlib.
Bakı 





