Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşada Qazançı kilsəsinə baş çəkiblər.
Bakıvaxtı.az xəbər verir ki, diplomatlar tarixi abidə, eləcə də Azərbaycanın çoxkonfessiyalı irsin qorunması üzrə səyləri ilə tanış olublar.
Qeyd edək ki, Qarabağa və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkənin və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.
Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Bakı 




