q
  • Bakı 15° C

    9.14 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Hafiz Paşayevin doğum günüdür

SİYASƏT

02 May 2026 | 11:00

Hafiz Paşayevin doğum günüdür

Bu gün tanınmış diplomat, alim və ictimai xadim Hafiz Mir Cəlal oğlu Paşayevin doğum günüdür.

Bakıvaxtı.az xəbər verir ki, Hafiz Paşayev 1941-ci il mayın 2-də Bakıda anadan olub. O, uzun illər elm və diplomatiya sahəsində fəaliyyət göstərərək Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafına mühüm töhfələr verib.

Fizika-riyaziyyat elmləri doktoru olan Hafiz Paşayev müxtəlif dövrlərdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. O, həmçinin ölkənin təhsil sisteminin inkişafında mühüm rol oynayaraq hazırda “ADA” Universitetinin rektoru kimi fəaliyyət göstərir.

Hafiz Paşayev elmi, diplomatik və pedaqoji fəaliyyəti ilə Azərbaycanın ictimai həyatında xüsusi yer tutan şəxslərdən biri hesab olunur.


SON XƏBƏRLƏR

01 May 2026