• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Zakir Həsənov Kobaxidze ilə görüşdü - YENİLƏNİB

    SİYASƏT

    01 Iyun 2026 | 10:24 | Müəllif: Əli Hüseynov

    Zakir Həsənov Kobaxidze ilə görüşdü - YENİLƏNİB

    Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovu qəbul edib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Kobaxidze sosial şəbəkə hesablarında paylaşıb. 

    Onun sözlərinə görə, görüş zamanı ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib.

    ***

    10:23

    Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 1-də Gürcüstana səfər edib.

    Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində Zakir Həsənov gürcüstanlı həmkarı İrakli Çikovani ilə görüşəcək.

    General-polkovnik Zakir Həsənovun Gürcüstanın Baş naziri İrakli Kobaxidze və digər rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulub.

    Müdafiə naziri Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini və Gürcüstanın Qəhrəmanlar Meydanındakı memorialı ziyarət edəcək. 


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Noyabr 2026