Bakıvaxtı.az xəbər portalı fəaliyyətinin 5 illiyi münasibətilə Mətbuat Şurası tərəfindən mükafatlandırılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, tədbirdə çıxış edənlər portalın media mühitində qazandığı nüfuzu, operativliyi və peşəkar komandasını yüksək dəyərləndiriblər.
Şuranın sədri Rəşid Məcid çıxışında bildirib ki, Bakıvaxtı.az qısa zamanda xəbər məkanında öz dəst-xəttini formalaşdırmağı bacaran media platformalarından biridir:
“Bakıvaxtı.az dinamik, məsuliyyətli və peşəkar komanda ilə çalışaraq ölkəmizin informasiya mühitinə dəyər qatır. Bu 5 ildə göstərilən fəaliyyət nümunəvidir və Mətbuat Şurası olaraq medianı həmişə dəstəkləyirik”.
MŞ əməkdaşı Əvəz Rüstəmov çıxışında portalın oxucu ilə etibarlı informasiya körpüsü yaratdığını vurğulayıb:
“Bakıvaxtı.az obyektivliyi, operativliyi və düzgün informasiya siyasəti ilə seçilir. Komandanın peşəkarlığı və çalışqanlığı bu gün təqdim olunan mükafatın əsas səbəbidir”.
MŞ əməkdaşı İlqar Tağıyev isə portalın qısa zamanda geniş auditoriya topladığını qeyd edib:
“Bakıvaxtı.az xəbər istehsalında məsuliyyətli yanaşması və ictimai marağı prioritet tutması ilə fərqlənir. Bu nailiyyətlər portalın qarşıdakı illərdə daha böyük uğurlara imza atacağına zəmin yaradır”.
Çıxışlardan sonra Mətbuat Şurası Bakıvaxtı.az-ın 5 illik fəaliyyəti münasibətilə xüsusi mükafatı təqdim edib.
Saytın baş redaktoru Qalib İbrahimoğlu göstərilən diqqətə görə təşəkkür edib.
Əli Hüseynov
Bakı 







