• Bakı C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

Bakıda əmlak kompensasiyalarında diferensial yanaşma təklif olunur

CƏMİYYƏT

13 Mart 2026 | 12:14

Bakıda əmlak kompensasiyalarında diferensial yanaşma təklif olunur

Bakıda daşınmaz əmlak kompensasiyalarında diferensial yanaşma tətbiq oluna bilər.

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Bakıda dövlət ehtiyacları üçün daşınmaz əmlaka ödənilən kompensasiyaların məbləğinin müəyyən edilməsində diferensial yanaşmanın tətbiqi məqsədəuyğundur.

Deputat qeyd edib ki, şəhərdə bəzi həyət evlərinin sahəsi çox kiçikdir – bəzən 30, hətta 20 kvadrat metrdən də az olur. Hal-hazırda tətbiq olunan sabit ödəniş sistemi kiçik sahəli ev sahibləri üçün kompensasiyanın məbləğini nisbətən aşağı salır. Bunun nəticəsində ev sahiblərinin mənzil almaq imkanları məhdudlaşır.

Bayramov vurğulayıb ki, diferensial kompensasiya tətbiq olunarsa, kiçik sahəli ev sahiblərinə mənzil əldə etmək üçün kifayət qədər vəsait ödənilə bilər. Bu yanaşma həm onların mənzil probleminin həllinə dəstək olacaq, həm də sosial ədalət prinsiplərinə uyğun addım hesab olunur.

Deputat həmçinin Füzuli rayonuna da diqqət çəkib. O bildirib ki, bu ilin yanvar ayında rayonun Qaydışı qəsəbələrində keçirilən illik hesabat yığıncağında sakinlər içməli su təminatı ilə bağlı problemlərdən şikayət ediblər. Bu qəsəbələrdə on mindən çox sakin yaşayır və artıq su təminatı ilə bağlı işlərə başlanılıb.

Bayramov Baş nazir Əli Əsədovdan prosesi sürətləndirməyə dəstək olmağı xahiş edib, qeyd edərək ki, sürətli tədbirlər həm Bakıda, həm də regionlarda əhalinin rifahının artırılmasına xidmət edəcək.

Əli Hüseynov


SON XƏBƏRLƏR