Deputat Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı Bakıxanov qəsəbəsindəki bir sıra binaların zirzəmilərində su ilə bağlı işlər aparılmasına baxmayaraq, problemin hələ də ciddi şəkildə həll olunmadığını diqqətə çatdırıb.
Bakıvaxtı.az xəbər verir ki, onun sözlərinə görə, qəsəbədə yüzlərlə bina hələ də eyni çətinliklə üzləşir və sakinlər bu vəziyyətdən narahatdır.
Fazil Mustafa bildirib ki, Sabunçu rayonunda kanalizasiya sistemi ilə bağlı problemlər hələ də davam edir.
“Yağış yağdığı zaman küçələr və ətraf ərazilər su ilə dolur, bu isə günəş çıxana qədər davam edir və sakinlərin gündəlik həyatına ciddi təsir göstərir”, – deputat qeyd edib.
O vurğulayıb ki, bu istiqamətdə yalnız müvəqqəti tədbirlər yox, uzunmüddətli və effektiv həll yolları hazırlanmalı və həyata keçirilməlidir. Deputatın sözlərinə görə, əhalinin rahat yaşayışı üçün kanalizasiya sisteminin yenilənməsi və müasir standartlara uyğunlaşdırılması vacibdir.
Bakı 




