2025-ci ildə Azərbaycanın dövlət büdcəsinin 39,5 %-i, yəni təxminən 15,3 milyard manat sosial sahəyə yönəldilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında – Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyətinə dair hesabatı təqdim edərkən bildirib.
Baş nazir qeyd edib ki, bu göstərici 2024-cü illə müqayisədə 601,5 milyon manat və ya 4,1 % artım deməkdir. O əlavə edib ki, son yeddi ildə həyata keçirilən 5 sosial islahat paketi çərçivəsində 4 milyona yaxın insanı əhatə edən proqramlar üçün təxminən 8 milyard manat sərf olunub. Təkcə keçən il bu istiqamətə 1,4 milyard manat büdcə vəsaiti xərclənib. Maaşlar, pensiyalar və digər sosial ödənişlər davamlı şəkildə artırılır, pensiyalar isə indeksləşdirilir.
Əli Hüseynov
Bakı 




