• Bakı C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

Bu Strategiya və Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub

SİYASƏT

13 Mart 2026 | 11:40

Bu Strategiya və Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub

Azərbaycanın növbəti ortamüddətli dövr üçün sosial-iqtisadi inkişaf hədəflərini müəyyən edən mühüm sənədlər – 2027–2030-cu illərin sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair II Dövlət Proqramı layihəsi artıq Prezidentə təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentdə hökumətin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən bildirib. Baş nazir vurğulayıb ki, gələcək dövr dünyada və regionda baş verən geosiyasi proseslər, geoiqtisadi amillər və mövcud inkişaf meylləri baxımından ölkəmiz qarşısında yeni strateji çağırışlar və hədəflər yaradır.

Onun sözlərinə görə, hazırda uğurla icra edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və onun çərçivəsində hazırlanmış 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası, eləcə də işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı ölkənin davamlı inkişafına və regionun bərpasına mühüm töhfələr verir.

Strategiyanın davamı olaraq, 30 may 2025-ci il tarixində Prezident tərəfindən imzalanmış Sərəncam çərçivəsində, ölkənin qarşısında duran yeni çağırışlar və strateji hədəfləri əhatə edən 2027–2030-cu illərin sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi hazırlanıb və İqtisadi Şurada müzakirə edilib.

Baş nazir qeyd edib ki, hər iki sənədin layihəsi artıq Hökumət tərəfindən Prezidentin nəzərinə çatdırılıb və icrasına hazırlıq işləri davam etdirilir. Bu sənədlərin məqsədi Azərbaycanın sosial-iqtisadi potensialını daha da gücləndirmək, işğaldan azad edilmiş ərazilərin sürətli bərpasını təmin etmək və regionda dayanıqlı inkişafı təmin etməkdir.

Əli Hüseynov


SON XƏBƏRLƏR