• Bakı C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

Azərbaycanda 50 minə yaxın müəllim ixtisar oluna bilər

SİYASƏT

13 Mart 2026 | 12:36

Azərbaycanda 50 minə yaxın müəllim ixtisar oluna bilər

Son illər Azərbaycanda əhali artımının azalması müşahidə olunur. 2015-ci ildə 160 mindən çox uşaq doğulduğu halda, 2025-ci ildə bu rəqəm 100 minin altına düşüb. Bu tendensiya məktəblərdə şagird sayının azalmasına və təxminən 50 min müəllimin ixtisarı riskinə səbəb ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında vitse-spiker Əli Əhmədov bildirdi.

O bildirib ki, gələcəkdə pensiyaçıların sayı ilə əmək qabiliyyətində olan əhali arasında ciddi nisbət fərqi yarana bilər ki, bu da iqtisadiyyata təsir edəcək.

Vitse-spiker həmçinin vurğulayıb ki, ölkədə onilliklər əvvəl quraşdırılan minlərlə köhnə lift istismar müddətini bitirib və onların mərhələli şəkildə yenilənməsi üçün dövlət proqramına ehtiyac var.

Əli Hüseynov


SON XƏBƏRLƏR