• Bakı C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

Baş nazir: Azərbaycan qlobal platformalarda uğur qazandı

SİYASƏT

13 Mart 2026 | 11:25

Baş nazir: Azərbaycan qlobal platformalarda uğur qazandı

2025-ci ildə əldə edilmiş mühüm diplomatik uğurlar arasında Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi xüsusi əhəmiyyət kəsb edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında – Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyətinə dair hesabatı təqdim edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycanın bu quruma tamhüquqlu üzv kimi qəbul olunması ölkəmizin regionda etibarlı tərəfdaş və sabitlik amili kimi rolunun beynəlxalq səviyyədə tanındığını göstərir.

Baş nazir deyib ki, hesabat ilində Azərbaycan ümumi əhalisi bir milyarddan artıq, ümumi iqtisadi potensialı isə dörd trilyon ABŞ dollarından çox olan D-8 təşkilatına da üzv qəbul olunmuşdur.

Eyni zamanda, o vurğulayıb ki, ötən il ölkəmiz bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Xüsusilə Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə Görüşü və Qəbələdə təşkil olunan Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü diqqətəlayiq hadisələr kimi önə çıxır.

Əli Hüseynov


SON XƏBƏRLƏR