Xəbər verdiyimiz kimi, tanınmış müğənni Kamil Sərməsov bir neçə gün öncə baş verən yol qəzası nəticəsində həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, o, KamAZ markalı yük avtomobilinin altında qalaraq dünyasını dəyişib. Hadisə yaxınları və sənət ictimaiyyəti arasında böyük kədər yaradıb.
Qəzadan sonra sosial şəbəkələrdə Kamil Sərməsovun qızı ilə olan görüntüləri də yayılıb və izləyicilər tərəfindən paylaşılan videolar böyük diqqət çəkib.
Məşhur sənətçinin qəfil vəfatı Azərbaycan musiqi camiəsində dərin üzüntü ilə qarşılanıb.
Xatırladaq ki, sənətçi KamAZ markalı yük avtomobilinin altında qalaraq dünyasını dəyişib./Milli.Az
Bakı 




