Azərbaycanda hazırda 5 400 üztanıma kamerası istismar olunur.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd edilib.
Hesabata əsasən, onlardan 4 600-ü Bakıda istismar edilir.
Videomüşahidə vasitələrinin tətbiqi ilə 22 900, o cümlədən 2 300 yol-nəqliyyat hadisəsi, 160 ictimai asayişin pozulması faktı, 982 yanğın və digər hadisələr müəyyən edilmiş, axtarışda olan 193, digər nəqliyyat vasitəsinə verilmiş qeydiyyat nişanı ilə idarə edilən 23 avtomobil müəyyənləşdirilib.
Bakı 




