• Bakı C

    1.83 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Nazirlər Kabinetindən minatəmizləmə ilə bağlı QƏRAR

SİYASƏT

13 Mart 2026 | 16:01

Nazirlər Kabinetindən minatəmizləmə ilə bağlı QƏRAR

Nazirlər Kabineti “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə bəzi qərarlarda dəyişiklik edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2022-ci il 16 sentyabr tarixli 357 nömrəli qərarla təsdiq edilmiş “Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və Qaydası”na düzəliş edilib. Dəyişikliyə əsasən, sənədin 2.2.5-ci yarımbəndində “habelə” sözü çıxarılıb və “digər ərazilərin (minalardan təmizləmə yekunlaşanadək)” ifadəsi “ərazilərin və digər təhlükəli ərazilərin (minatəmizləmə fəaliyyəti yekunlaşanadək)” sözləri ilə əvəz olunub.

Bundan əlavə, Nazirlər Kabinetinin 2022-ci il 24 noyabr tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində torpaqların kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyasına aid edilməsinin, habelə həmin kateqoriya daxilində kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə aid edilməsinin və dəyişdirilməsinin sadələşdirilmiş Qaydası”nın 2.5-ci bəndində də dəyişiklik aparılıb. Həmin bənddə “, hərbi sursat və” sözləri “və digər partlayıcı sursatlar,” sözləri ilə əvəz edilib.


SON XƏBƏRLƏR